Mahir Emrelinin rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb oldu
Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Trabzonspor”la matçdan öncə rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub. Yerli azarkeşlər forvardın rəqib komandanın çalışdırıcısı ilə səmimi görüntüsünü qəribə qarşılayıblar. Araşdırmalardan sonra məlum olub ki, Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayarkən “Osiyek”in baş məşqçisi olan Byelitsa onu komandasında görmək istəyib. Fotonun da səbəbi xorvat çalışdırıcının Mahiri forvard kimi bəyənməsi olub. Mənbə: yenihaberden.comŞəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş