Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb


Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə “Formula-1” yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}