Selçuk Bayraktar “TEKNOFEST” Festivalını açıq elan etdi - VİDEO


İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 7-ci dəfə qapılarını ziyarətçilərə açıb.

Festivalı giriş nitqi ilə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar açıb.

Selçuk Bayraktar çıxışında Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələni xatırlayıb:

“Bir böyük zəlzələ fəlakəti yaşadıq. Hər çətinlikdə olduğu kimi, birliyimizi, həmrəyliyimizi gücləndirməklə bu çətinliyin öhdəsindən gələcəyimizi bilirdik. Ona görə də ilk saniyələrdən bir-birimizi qucaqlayıb səfərbər olduq. “TEKNOFEST”in könüllüləri qardaşlarımızla təbii fəlakətin baş verdiyi bölgələrdə oldular və bundan sonra da olmaqda davam edəcəyik”.

“TEKNOFEST”in uğurlarında söz açan Selçuk Bayraktar bildirib ki, Türkiyənin milli layihəsi olan bu elm və texnologiya təsisatı milyonlarla türkiyəlinin arzularını reallaşdırır.

Məlumat üçün əlavə edək ki, builki festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur.

Mənbə: Haber Global

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}