Əhmədalı Əhmədov: Bütün şamaxılılar Ağacəkmə aksiyasında iştirak edəcəklər.
Şəffaflıq.az bildirir ki,bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şamaxı rayon sakini Əhmədalı Əhmədov söyləyib. O, rayonda kiçikdən böyüyə hamının bu təşəbbüsə start veriləcəyi günü səbirsizliklə gözlədiyini bildirərək deyib: “Bu aksiya insanların diqqətini ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına, atmosferi oksigenlə zənginləşdirməyə, yaşıllıqların qorunmasına yönəldəcək. Hazırda ağac əkiləcək sahələr müəyyənləşdirilib, əkinə hazırlıq işləri aparılır. Ağacəkmə aksiyasında böyükdən kiçiyə bütün şamaxılılar həvəslə iştirak edəcəklər”.
Onun sözlərinə görə, ölkəmizdə ekoloji strategiyanın əsasını təşkil edən proqramların qəbul edilməsi, müvafiq fərman və sərəncamların imzalanması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində həyata keçirilən siyasət Azərbaycanda mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına xidmət edir.
Facebook-da paylaş