Babək rayonunda da “22 aprel-Beynəlxalq Yer Kürəsi Günü” münasibətilə tədbir keçirilmişdir._FOTO
Şəffaflıq.az xəbər verir ki, bir qrup rayon gəncinin iştirakı ilə keçirilən tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev, YAP Babək Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elnur Abbasov və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev çıxış edərək Beynəlxalq Yer Kürəsi Gününün yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat vermişlər. Bildirilib ki, Beynəlxalq Yer Kürəsi Günü hazırki dövrdə 150-ə yaxın ölkədə, o cümlədən respublikamızda da qeyd olunur. Yer Kürəsi Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq aksiyadır. Bu günün qeyd edilməsində məqsəd ətraf mühitin çirkləndirilməsi, canlı aləmin qorunub saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə insanların diqqətini cəlb etməkdir. Qeyd edilib ki, “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə yanaşı ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Son illər muxtar respublikada, eyni zamanda Babək rayonunda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması məhz belə tədbirlərin nəticəsidir. Babək rayonunda da Beynəlxalq Yer Kürəsi Gününün mahiyyətini özündə əks etdirən genişmiqyaslı tədbirlər təşkil edilir. Gənclərdə ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, onların ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması günün tələbi olduğundan onların həmin tədbirlərdə yaxından iştirakı təmin olunur. Bu istiqamətdə görülən işlərə gənclərin təmizlik aksiyaları, dövlət təbiət qoruqlarına ekskursiyalarını misal göstərmək olar. Vurğulanıb ki, belə tədbirlərin keçirilməsində məqsəd gənclərin diqqətini ekoloji məsələlərə cəlb etməkdir. Sonra gənclərin iştirakı ilə aksiyaya start verilib , həmişəyaşıl ağaclar və gül kolları əkilib həmçinin təmizlik və suvarma işləri aparılmışdır.
Şəffaflıq.az
Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Facebook-da paylaş