Jozep Borrel Çindən gileyləndi


“Rusiyanın taktiki nüvə başlıqlarını Belarusa yerləşdirmək qərarı Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”.

Bu açıqlama ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel çıxış edib.

Borrel Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlamasının onun Çin Sədri Si Cinpinlə birgə bəyanatına zidd olduğunu vurğulayıb.

“Bu qərarın Çin liderinin Moskvaya səfərindən sonra baş verməsi ironikdir. Hansı ki, bu danışıqlarda nüvə başlıqlarının xarici ölkəyə daşınmaması, nüvə ritorikasından çəkinmək barədə razılıq əldə olunmuşdu. Bu səfərdən, danışıqlardan, sadəcə, bir neçə gün sonra Moskva taktiki başlıqları Belarusa köçürəcəyini açıqladı”, - deyə Jozep Borrel vurğulayıb.

J.Borrel həmçinin əlavə edib ki, Çinin sülhü qorumaq, təcavüzkarın tərəfini tutmamaq və ona hərbi dəstək verməmək kimi mənəvi öhdəliyi var.

Mənbə: Reform.by

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}