Ukraynalı idmançı Avropanın ən güclü adamı oldu
Böyük Britaniyanın Lids şəhərində güclülər arasında Avropanın Ən Güclü Adamı turniri keçirilib. Onun nəticələrinə görə, ukraynalı Pavlo Kordiyaka 57,5 xal toplayaraq köhnə qitənin ən güclüsü olub. İkinci yeri Ukraynanın digər təmsilçisi Aleksey Novikov (53,5), üçüncü yeri isə Latviya idmançısı Ayvars Şmaukstelis (51,5) tutub. Qeyd edək ki, Kordiyaka 2020-ci ildə Ukraynanın ən güclü adamı kimi tanınıb, eyni zamanda 2019-2020-ci illərdə Ukraynanın mütləq çempionu, “Loglift 2019” və “World Strongman Uzbekistan 2019” kimi turnirlərin də qalibi olub. Mənbə: zn.ua Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş