Ukrayna əks-hücumları nə zaman artıracaq?


Ukraynada müharibə davam edir.

Bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, yaşadığı Lvov şəhərində mütəmadi olaraq həyəcan siqnalları verilir.  

“Raket zərbələri endirilsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir”, - deyə o əlavə edib.

Qeyd edilib ki, Rusiyanın raket hücumlarını artırmasına səbəb Ukraynanın əks-hücum əməliyyatlarıdır.

O da bildirilib ki, havanın soyuq olması Ukraynanın əks-hücumları intensivləşdirməsinə mane olur. Lakin yaxın günlərdə bu hücumların artacağı gözlənilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}