“Qarabağ”ın futbolçusu “Qalatasaray”a keçə bilər


“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını “Qalatasaray”da davam etdirə bilər.

İstanbul klubunun nümayəndələri dünən baş tutan xeyriyyə oyunundan sonra Azərbaycan təmsilçisinin rəsmiləri ilə mümkün keçid barədə danışıblar. Onlar sol cinah müdafiəçisi haqqında məlumat toplayıblar.

Bayramov milli komandanın düşərgəsində olduğundan “Qalatasaray”a qarşı oynamayıb.

Xatırladaq ki, keçən ilin yayında da Türkiyə mətbuatında “sarı-qırmızılar”ın Toralla maraqlandıqları barədə xəbərlər yayılmışdı.

Mənbə: “Sportcell”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}