Ermənilər Rasmussenə pul ödəyib, Laçın yoluna gətizdiriblər - FOTO


NATO-nun keçmiş baş katibi, danimarkalı siyasətçi Anders Foq Rasmussen İrəvana səfər edib.

O, İrəvanda bəyan edib ki, məqsədi Ermənistanın Qərb ictimaiyyətinə inteqrasiyasını dəstəkləmək, həmçinin kollektiv Qərbin diqqətini Ermənistanın təhlükəsizliyi ilə bağlı problemlərə cəlb etməkdir.

NATO-nun keçmiş rəhbəri Ermənistan rəsmilərinin müşayiəti ilə Azərbaycanla sərhəd bölgəyə, eləcə də Laçın-Xankəndi yoluna səfər etdikdən sonra Rasmussen yerli mətbuata müsahibə verib və orada Azərbaycan əleyhinə bir sıra bəyanatlar verib.

Təbii ki, Rasmussenin Ermənistana səfəri heç bir halda şəxsi motivlərlə əlaqədar olmayıb.

Məsələ burasındadır ki, danimarkalı NATO-nun baş katibi vəzifəsindən istefa verdikdən sonra özünün lobbiçilik xidmətləri üzrə ixtisaslaşan və bir sıra xarici hökumətlərdən və səfirliklərdən müntəzəm olaraq sifarişlər alan “Rasmussen Global” şirkətini yaradıb.

O cümlədən, məlum olur ki, Anders Foq Rasmussenin şirkəti həmçinin Ermənistan tərəfindən sifarişlər alır.

Bu barədə “The Armenian Weekly” nəşrinin əməkdaşı, Alison Texmizyan Maas öz “Twitter” səhifəsində məlumat verib.

In case you thought Anders Fogh Rasmussen was in Armenia out of altruism, or on behalf of NATO in any capacity...

The Armenian government is paying him for this.
https://t.co/SniX0ssq2P pic.twitter.com/7RYjVKijVE

— Alison Tahmizian Meuse (@AliTahmizian) March 16, 2023

“Əgər siz Anders Foq Rasmussenin altruistik motivlərlə və ya NATO adından Ermənistanda olduğunu düşünürsünüzsə, yanılırsınız”, - deyə erməni diasporunun ABŞ-dəki nümayəndəsi bildirib.

O, Aİ-nin xüsusi reyestrinin ekrandan çəkilmiş fotosunu sosial şəbəkələrdə yerləşdirib ki, burada “Rasmussen Global” da daxil olmaqla bütün lobbi strukturları tərəfindən alınan sifarişlər əks olunub.

“Rasmussen” şirkətinin hesabatına görə, NATO-nun keçmiş baş katibi 2023-cü ildə bir neçə sifarişçi ilə müqavilə imzalayıb ki, onların sırasında Tayvanın Avropa İttifaqındakı nümayəndəliyi, eləcə də Ermənistan hökuməti də var. Şirkətin cari il üçün ümumi gəliri 150-400 min avro arasında olacaq.

Ermənistan hökumətinin bu vəsaitin nə qədərini “Rasmussen”ə ödəyəcəyi və ya artıq ödədiyi barədə məlumat yoxdur. Amma dərc olunmuş reyestrdəki məlumatlar birmənalı şəkildə təsdiq edir ki, məhz bu pullar NATO Şimali Atlantika blokunun keçmiş rəhbərini İrəvana gətirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}