İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO


Vətən Müharibəsindən sonra bir çox İran rəsmiləri Bakıya səfərlərində torpaqlarının otuz illik erməni işğalından azad edilməsi münasibətilə Azərbaycana təbriklərini çatdırdılar, sanki bu hadisədən məmnun olduqlarını göstərdilər.

Lakin tezliklə bunun belə olmadığı üzə çıxdı.

Məlum oldu ki, İran 44 günlük müharibədə Azərbaycan ordusunun tarixi zəfərinin bölgədə yaratdığı yeni şəraitdən əsla məmnun deyil və baş verən dəyişikliklərlə bağlı ciddi narahatlıq, hətta çaşqınlıq keçirir.

Bir neçə ay davam edən bu çaşqınlıqdan sonra İran hakimiyyəti özünün regionla bağlı siyasi xəttini dəqiqləşdirdi və indiyədək üstü örtülü şəkildə yürütdüyü anti-Azərbaycan siyasətini daha şəffaf şəkildə həyata keçirməyə başladı.

İkinci Qarabağ Müharibəsinin doğurduğu yeni geosiyasi reallıqda özünü uduzan tərəf kimi görən rəsmi Tehran digər uduzan tərəfi – işğalçı Ermənistanı açıq-aşkar dəstəkləmək və Azərbaycana qarşı gücləndirmək yolunu tutub.

Bununla da İran bölgədə formalaşmış Azərbaycan-Türkiyə tandeminə qarşı İran-Ermənistan ittifaqını yaratmaq strategiyasını izləməyə başladı. Bu strategiya təkcə Ermənistanla əməkdaşlığı bütün sahələrdə, o cümlədən hərbi sferada genişləndirməyi deyil, həm də Qarabağda öz mövcudluğunu qorumuş separatçı tör-töküntülərə gizli-açıq yardımları və onların Azərbaycana qarşı müqavimətini artırmağı ehtiva edir.

Başqa sözlə, İran yalnız erməni revanşizmini yox, həm də erməni separatizmini dəstəkləmək siyasətini yürüdür.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}