Amerikalı general ölkəsinin Azərbaycana yardımlarını nəzərdən keçirdi


Azərbaycanda səfərdə olan ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, briqada generalı Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-nin Avropa Komandanlığının

Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib

Qeyd edək ki, Voqan bundan əvvəl Müdafiə Nazirliyində də müzakirələr aparıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}