“Qarabağ” - “Qalatasaray”: Bilet qiymətləri məlum oldu


“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.

Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur. Oxu.Az saytının əldə etdiyi məlumata görə, ən ucuz bilet 3 manata satılacaq. Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.

“Qarabağ” - “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.

Faiq Tahirov

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}