Poqbanın intizamsızlığı başına bəla oldu


“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba “Frayburq”la bu gün keçiriləcək Avropa Liqasının 1/8 final matçında heyətdə yer almayıb.

Məlumata görə, məşhur futbolçu intizamsızlıq etdiyi üçün cəzalandırılıb - dünən o, komanda oyununa gecikib.

Yeri gəlmişkən “Yuventus” - “Frayburq” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, “Yuventus”a keçəndən sonra Poqba 2 matçda iştirak edib - zədə səbəbindən mövsümün əvvəlindən fevralın 28-dək oynamayıb.

Mənbə: Sports.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}