Şiraz hava limanında yanğın olub - FOTO


Fars əyalətinin mərkəzi Şiraz şəhərinin hava limanında güclü yanğın olub.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Şiraz bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin rəisi Hadi Eydipur məlumat verib.

O, yanğının martın 6-sı gecə saatlarında hava limanının inzibatı binasında başladığını və hadisə yerinə çox sayda yanğınsöndürmə texnikasının cəlb edildiyini bildirib.

Hadisənin başvermə səbəbi, itkilər barədə açıqlama verilməyib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}