“Qalatasaray” Messinin formasını hərraca çıxaracaq


Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu “Qalatasaray” klubunu ziyarət edib.

İstanbul təmsilçisinin prezidenti Dursun Özbeklə görüşən nazir Lionel Messinin ona hədiyyə etdiyi imzalı formanı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün keçiriləcək hərraca çıxarılması üçün kluba bağışlayıb.

“Kampaniyaya dəstək verən bütün xalqımızı təbrik edir, hamısına təşəkkürümü bildirirəm. Mən də bu işə Messinin imzalı forması ilə qatılıram”, - deyə o “Qalatasaray”ın televiziyasına bildirib.

“Qalatasaray” Messinin imzalı formasını hərraca çıxaracaq və əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}