Azərbaycan millisinin üzvü: “Polşaya qələbə üçün gedirik”


DÇ-2024-ün əsas mərhələsində Bakıda Yunanıstana qalib gələn (5:2) qazanan futzal üzrə Azərbaycan millisinin üzvü Felipinyo federasiyanın rəsmi saytına açıqlama verib.

Qollarından birini vuran və bir epizodda da rəqibin səhvə yol verməsinə, komanda yoldaşının fərqlənməsinə şərait yaradan futzalçı tapşırığın öhdəsindən gələ bildiklərini bdeyib:

“Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi. Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik. Düzdür, imkanlarımızdan tam istifadə edə, epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.

Hücumçu martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:

“Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir. Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.

O, elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini də vurğulayıb:

“Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub. Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik. Nə heç-heçə, nə də minimal hesablı məğlubiyyət haqda düşünürük. Polşaya qələbə üçün gedirik”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}