Ağdamda iki avtomobil toqquşdu: Biri yandı


Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonunun Quzanlı qəsəbəsində “Mercedes-Benz” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər nəqliyyat vasitəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}