Əsas Səhifə > Hadisə > Ağdamda iki avtomobil toqquşdu: Biri yandı

Ağdamda iki avtomobil toqquşdu: Biri yandı


3-03-2023, 10:33


Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonunun Quzanlı qəsəbəsində “Mercedes-Benz” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər nəqliyyat vasitəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Geri qayıt