Rusiyada təyyarə anqardan çıxmamış qəza oldu: Ölən və yaralananlar var
Rusiyada təyyarə zavodunda “İl-76” təyyarəsinin sınaqları zamanı ölümlə nəticələnən faciə baş verib. Bu barədə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının Mətbuat Xidmətindən xəbər verilib. Bildirilir ki, hadisə “Aviastar” müəssisəsində istehsalda olan hava gəmisinin füzelyajının sınaqları zamanı baş verib. “Müəssisənin bir neçə əməkdaşı xəsarət alıb, bir nəfər ölüb. Yaralılara tibbi yardım göstərilir. Hadisənin səbəbləri müəyyənləşdirilir”, - deyə mənbədən bildirilib. Tibbi xidmətdən yaralıların sayının altı nəfər olduğu bildirilib. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş