Ronaldu Səudiyyə Ərəbistanında ayın futbolçusu seçilib


"Al-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Şəffaflıq.az xəbər verir ki, portuqaliyalı forvard azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 8 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin dekabrında "Əl-Nəsr"ə transfer olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}