Ronaldu "Mançester Yunayted"in növbəti məşqində də iştirak etməyib

Ronaldu "Mançester Yunayted"in növbəti məşqində də iştirak etməyib
 Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun ardıcıl üçüncü məşqində də iştirak etməyib.
Şəffaflıq.az "Goal News" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun mövsümöncəsi Avstraliya və Taylandakı hazırlıq prosesinə qoşulub-qoşulmayacağı bəlli deyil.
Təcrübəli oyunçu formada qalmaq üçün hazırda ölkəsində məşq bazasındadır. Portuqaliyalı forvard bu yaxınlarda "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib.
İddiaya görə, İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və Portuqaliyanın "Sportinq" klubları Ronaldunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 58 xalla 6-cı sırada başa vurub. Ronaldu ümumilikdə "qırmızı şeytanlar"da 38 matça çıxıb və 24 qola imza atıb. Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}