Qurban Qurbanov “Neftçi” ilə ev matçını şərh etdi


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə ev matçını şərh edib.

Şəffaflıq.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“Maraqlı oyun alındı. Yaxşı sürət var idi. Bizim üçün heç də asan olmadı. İstədiyimiz formada deyilik. Futbolçular sona kimi xarakter göstərdilər. Onları təbrik edirəm. Çox yaxşı komandaya qarşı çıxış etdik. Neftçi pik formadadır, 3 oyundur qol buraxmırdılar. Vacib xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çatışmazlıqları, boşluqları aradan qaldırmağa çalışacağıq”.

Təcrübəli mütəxəssis qapıçı Luka Quaeşaşvilini “Neftçi” azarkeşləri ilə yaşadığı insidentə toxunub:

“Belə şey etmək olmaz. Ona hirsləndim. Belə derbi oyunlarında bu cür hallar olur. Paltardəyişmə otağında da bir az sərt danışdım. Belə hallar olur. Oyunboyu azarkeşlər Lukaya nalayiq ifadələr işlədirdilər. O da emosiyalarını cilovlaya bilmədi. Azarkeşlər üzrlü hesab etsinlər. Onlar da başa düşür. Futbolda belə hallar baş verir. Bəli, olmaz. İnşallah, bir daha belə hərəkət etməz. Azarkeşlər futbolun içindədirlər, futbolu onlar üçün oynayırıq”.

Qurbanov dumanlı hava şəraitinin çətinlik yaratdığını qeyd edib:

“Hava şəraiti hər iki komandaya təsir etdi. Bəzi düşüncələr gecikirdi. Hava işıqlı olanda bütün meydanı görürsən. Futbolçulara tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim”.

Vaqif Verdiyev


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}