İtaliya sahillərində 58 qeyri-qanuni miqrant həlak olub


Xilasedicilər İtaliyanın Krotone şəhəri yaxınlığında dənizdə batan 58 qeyri-qanuni miqrantın cəsədini aşkar ediblər.

Qeyd olunur ki, miqrantlar balıqçı gəmisində İtaliyanın cənub sahillərinə doğru hərəkət ediblər.

Qayıqda 180 nəfər olub, onlardan 50-yə yaxın insan xilas edilib. Digər miqrantlar isə itkin düşüblər.

Xilasedicilər gəminin batması nəticəsində ölənlərin sayının artacağını istisna etmirlər.

Mənbə: İnterfax.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}