Əsas Səhifə > XARİCİ XƏBƏR > İtaliya sahillərində 58 qeyri-qanuni miqrant həlak olub
İtaliya sahillərində 58 qeyri-qanuni miqrant həlak olub26-02-2023, 23:41 |
Xilasedicilər İtaliyanın Krotone şəhəri yaxınlığında dənizdə batan 58 qeyri-qanuni miqrantın cəsədini aşkar ediblər. Qeyd olunur ki, miqrantlar balıqçı gəmisində İtaliyanın cənub sahillərinə doğru hərəkət ediblər. Qayıqda 180 nəfər olub, onlardan 50-yə yaxın insan xilas edilib. Digər miqrantlar isə itkin düşüblər. Xilasedicilər gəminin batması nəticəsində ölənlərin sayının artacağını istisna etmirlər. Mənbə: İnterfax.ru Şəffaflıq.az Geri qayıt |