Volqa - Xəzər dəniz kanalında iki gəmi saya oturub
Volqa - Xəzər kanalının dəniz hissəsində iki gəmi saya oturub. Bu barədə fevralın 26-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən məlumat verilib. İlkin məlumatlara görə, bir gəminin gövdəsi zədələnib. Hadisə ötən gün kanalın 170-ci km-də baş verib. “1500 ton duz və 6 yük maşını daşıyan “Nazmehr” və yüksüz olan “Tiam” gəmisi saya oturub. Birinci gəminin gövdəsi zədələnib. Onun aşması təhlükəsi, eləcə də kanalda naviqasiya üçün təhlükə yoxdur”, - məlumatda bildirilib. Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını vurğulayıb. Mənbə: iz.ru Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş