Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub



Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, avqustun 23-də Audiovizual Şuranın “Media haqqında” qanunun 29.1-ci, 50.1.3-cü, 51-ci və 52-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 13 iyul 2022-ci il tarixdən elan etdiyi üç müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Birinci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 90.7 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 104.5 MHs, Lənkəran rayonu “Lənkəran” RTYS – 89.6 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 98.0 MHs, Zaqatala rayonu “Danaçı” RTYS – 90.9 MHs)
1. “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
2. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
3. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)

İkinci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.0 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 98.8 MHs, Lerik rayonu “Lerik” RTYS – 107.5 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 96.1 MHs, Ağstafa rayonu “Poylu” RTYS – 88.4 MHs)
1. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
2. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
3. “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)

Üçüncü müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.3 MHs, Ağsu rayonu “Gülüstan” RTYS – 102.1 MHs, Lerik rayonu “Lerik” RTYS – 91.3 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 97.1 MHs, Quba rayonu “Dağlı” RTYS – 93.3 MHs)

1. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
2. “Beat Media” MMC (radio kanalın adı: “Radio Baku”)
3. “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
4. “Balans Studiyası” MMC (radio kanalın adı: “Balans Studiyası Radio”)
5. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
6. “İNS ÇM” MMC (radio kanalın adı: “İNS ÇM”)
7. “İsti Press” MMC (radio kanalın adı: “İsti Press Radio”)

“Media haqqında” qanunun 52.4-cü maddəsinə əsasən, növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}