Volodimir Zelenski: “ Kiyev Krımı azad etməklə sülhü bərpa edəcək” - FOTO
“Rusiyanın Ukraynaya hərbi təcavüzü doqquz il əvvəl, Krımın ilhaqı ilə başladı. Ora bizim torpağımızdır. Bizim tariximizdir. Biz Ukraynanın hər yerində Ukrayna bayrağını dalğalandıracağıq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Twiter” hesabında yazıb. Ukraynanın lideri əlavə edib ki, Kiyev Krımı azad etməklə sülhü bərpa edəcək. Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş