Türkiyədə silahlı hücum olub, ölən və yaralananlar var
Türkiyənin Ədirnə vilayətində 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücum olub. Bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, İpsala rayonunda ov tüfəngi ilə silahlanmış şəxs kafeyə girərək atəş açıb. Hadisə zamanı 4 nəfər yaralanıb. Zərərçəkənlər İpsala Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin onların ikisi ölüb. Hadisəni törədən şəxsin saxlanılması ilə bağlı əməliyyat aparılır. İnsidentin başvermə səbəbi və təfərrüatı açıqlanmır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş