İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.
İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub. Şəffaflıq.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb. Dağıntılar və tələfat barədə məlumat verilməyib. Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.
Xəbəri paylaş
Facebook-da paylaş