Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları bir illik uzadıb


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.

Şəffaflıq.az-n məlumatına görə, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc olunub.

Qeyd olunub ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən ertəsi gün qüvvəyə minir.

Xatırladaq ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1386 fiziki şəxs və 171 şirkət daxildir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}