Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min nəfəri ötüb


Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

"Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib", - AFAD-ın yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Şəfafflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}