Yasamalda banka saxta dollar verən əcnəbilər tutulub
Yasamalda banka saxta dollar verən əcnəbilər tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş