Böyük Britaniyanın səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik"
"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir".
Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq", - deyə səfir bildirib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş