Əsas Səhifə > SİYASƏT > Böyük Britaniyanın səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik"
Böyük Britaniyanın səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik"6-10-2019, 23:19 |
"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir". Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib. "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq", - deyə səfir bildirib. Şəffaflıq.az Geri qayıt |