Dünyanın bir sıra ölkələrində tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.
Dünyanın bir sıra ölkələrində tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb. Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi sayt və proqramın işində nasazlıqların olmasından gileylənirlər.
Xəbəri paylaş
Facebook-da paylaş