Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”
Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir. Şəffaflıq.az-ın xəbrinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdəki hesabında yazıb. “Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik”, - Kalın yazıb. İbrahim Kalın qeyd edib ki, Türkiyə yaşadığı bu ağır günlərdə qətiyyətini itirmir: “Faciəmiz böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür”.
Facebook-da paylaş