Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib


Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}