Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq. Şəffaflıq.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. 66 kq-dakı Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq. 73 kq-dakı Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək. Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş