Anton Krivotsyukun keçəcəyi klub və transfer məbləği bəlli olub


Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun keçəcəyi Cənubi Koreya təmsilçisinin adı bəlli olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

Onun sözlərinə görə, "Tecon Xana Sitizen" 25 yaşlı müdafiəçi üçün 600 000 avro ödəyəcək.

Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən Plotsk "Visla"sına 70 000 avro qarşılığında keçib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}