Azərbaycan millisinin futbolçusu Polşada cəzalı duruma düşüb

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.
Şəffaflıq.az Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 24 yaşlı müdafiəçinin Ekstraklasanın XXIX turunda "Lex" (Poznan) komandası ilə oyunda (0:1) sarı vərəqə alması səbəb olub.
Krivotsyuk aprelin 25-də Krakov "Visla"sı ilə XXX tur matçını buraxacaq.
Qeyd edək ki, "Visla" hazırda 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}