Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


Avropa İttifaqı (Aİ) Ukraynada müharibənin başlamasının ildönümündə, yəni fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə istinadən məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin deputatları Brüsseldə keçirilən plenar iclasda Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin tezliklə qəbul edilməsini istəyiblər.

Qeyd edək ki, bu gün Ursula fon der Lyayen bir neçə Avropa komissarı ilə birlikdə Aİ-Ukrayna sammitində iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevə səfərə gedib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}