Dünya çempionu Fransa millisindəki karyerasını başa vurub
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub. Şəffaflıq.az xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib. Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atıb. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istəyir. Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb.
Xəbəri paylaş
Facebook-da paylaş