“Shell”in Rusiya qazının alınması üzrə müqavilələri başa çatıb
Britaniya-Niderland neft-qaz “Shell” şirkətinin boru kəməri vasitəsilə nəql edilən Rusiya təbii qazı və neft məhsullarının alınması üzrə bütün müqavilələri ötən ilin sonunda başa çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. “2022-ci il dekabrın 22-də “Shell” “Qazprom Neft” ilə “Salym Petroleum Development” MMC-dəki 50 %-lik payının satışına dair sənədlər imzalayıb. Sazişin başa çatması Rusiya Federasiyasında bir sıra razılaşmalardan asılıdır”, - “Shell” şirkətinin məlumatında qeyd edilib.
Xəbəri paylaş
Facebook-da paylaş