Türkiyə 2022-ci ildə turizmdən rekord gəlir əldə edib
Türkiyə 2022-ci ildə turizmdən rekord məbləğdə - 46 milyard ABŞ dolları gəlir əldə edib. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy keçirdiyi brifinq zamanı bildirib. “2022-ci ildə turizm gəlirləri 46 milyard dollardan çox, rekord həddə çatdı. Türkiyə pandemiyadan sonra bu göstərici üzrə dünyanın ən yaxşısı oldu”, - deyə o, “Twitter” səhifəsində yayımlanan videoda qeyd edib. Nazir hesab edir ki, 2023-cü ildə Türkiyə 56 milyard dollarlıq yeni rekorda imza atmağa qadirdir. Eyni zamanda o, 2028-ci ilə qədər turizm gəlirlərinin respublikaya hər il ən azı 100 milyard dollar gətirəcəyinə əminliyini ifadə edib. Ersoyun sözlərinə görə, Türkiyəyə hər il 90 milyona qədər turist gələcək. Şəffaflıq.az
Facebook-da paylaş