Ucarda minik və yük maşınları toqquşdular: Yaralılar var


Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün rayon mərkəzinin Elnur Hacıyev küçəsində qeydə alınıb. Hadisə zamanı VAZ-2112 markalı minik maşını ilə QAZ-53 markalı yük maşını toqquşub.

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}