Bakıda idarəetmədən çıxan avtomobil betona, sonra işıq dirəyinə çırpılıb


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Şamaxinka” kimi tanınan ərazidə “Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.

Nəticədə “Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polislər cəlb ediliblər.

Sürücü R.Məmmədov izahat verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}