Almaniyanın müdafiə naziri: “Leopard 2” tankları Ukraynaya 3 aya çatdırıla bilər”
““Leopard 2” tankları Ukraynaya təxminən 3 aya çatdırıla bilər”. Şəffaflıq.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. O bildirib ki, əvvəlcə Ukrayna hərbçiləri həmin tanklardan istifadəni öyrənməlidirlər. Nazir “Leopard 2” tanklarının Ukraynaya tədarükünə dair qərarın tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Müharibə davam etdikcə Almaniyanın Ukraynaya silah tədarükü davam edəcək”.
Xəbəri paylaş
Facebook-da paylaş