Azərbaycan millisinin sabiq futbolçusu kapitanlıqdan məhrum edilib


Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu “Ertsgebirge”də kapitanlıqdan məhrum edilib.

Şəffaflıq.az “blick.de”yə istinadən xəbər verir ki, bunu baş məşqçi Pavel Dotçev açıqlayıb.

2022-ci ilin dekabrında komandanın sükanı arxasına gətirilən bolqarıstanlı mütəxəssis kapitanlıq sarğısının yenidən qapıçı Martin Mannelə verilməsini qərara alıb. Nazarov bundan sonra komandanın vitse-kapitanı olacaq.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən Aue təmsilçisində çıxış edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}