Əsas Səhifə > İdman > Azərbaycan millisinin sabiq futbolçusu kapitanlıqdan məhrum edilib
Azərbaycan millisinin sabiq futbolçusu kapitanlıqdan məhrum edilib24-01-2023, 13:26 |
Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu “Ertsgebirge”də kapitanlıqdan məhrum edilib. Şəffaflıq.az “blick.de”yə istinadən xəbər verir ki, bunu baş məşqçi Pavel Dotçev açıqlayıb. 2022-ci ilin dekabrında komandanın sükanı arxasına gətirilən bolqarıstanlı mütəxəssis kapitanlıq sarğısının yenidən qapıçı Martin Mannelə verilməsini qərara alıb. Nazarov bundan sonra komandanın vitse-kapitanı olacaq. Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən Aue təmsilçisində çıxış edir. Geri qayıt |